Türkiyəli müğənni Yunus Bülbül 71 yaşında dördüncü dəfə ailə həyatı qurub. Sənətçi özündən 33 yaş kiçik musiqiçi Neslihan Mutlu ilə nikah masasına əyləşib.
Uzun müddətdir münasibətdə olan cütlüyün nikah mərasimi Kadıköy Evləndirmə Dairəsində keçirilib. Yunus Bülbül bununla da həyatında dördüncü dəfə nikah sənədinə imza atıb.
Cütlük xoşbəxtliklərini nikah mərasimindən çəkilən fotoları sosial şəbəkədə paylaşaraq izləyiciləri ilə bölüşüb.




