Türkiyənin iş və ictimai həyatının tanınmış simalarından olan Deniz Öztarhan 82 yaşında vəfat edib. Onun dəfn mərasiminə Beren Saat, Kenan Doğulu, Barış Arduç, Aras Bulut İynemli və digər məşhurlar qatılıblar.
Haberler.com xəbər verir ki, Deniz Öztarhan Vepa Şirkətlər Qrupunun qurucusu, mərhum iş adamı Vedat Öztarhanın həyat yoldaşı, iş adamları Önder və Tuncer Öztarhanın anası olub.
Mərhumla vida mərasimi İstanbulun Zincirlikuyu məscidində keçirilib.
İkindi namazından əvvəl Önder və Tuncer Öztarhan mərasimə gələnlərin başsağlığı diləklərini qəbul ediblər.
Cənazə namazından sonra Deniz Öztarhan Zincirlikuyu qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Türkiyənin sənət, biznes və ictimai həyatının bir çox tanınmış siması iştirak edib.
Mərasimə Beren Saat, Kenan Doğulu, Barış Arduç, Aras Bulut İynemli, Gökhan Özoğuz, Tolga Sarıtaş, Zeynep Mayruk, Nazlı Çelik, Kaan Yıldırım, Can Bonomo, Nevra Serezli, Zehra Aslı Gümüşel və Mehmet Ağar qatılıblar.
Məşhur simalar Öztarhan ailəsinə başsağlığı verərək onların kədərini bölüşüblər.






