Türk teatrının tanınmış simalarından Ali Hürol 76 yaşında vəfat edib. Sənətçinin ölümündən sonra incəsənət aləminin nümayəndələri ard-arda vida mesajları paylaşıblar.
Tanınmış aktrisa Melek Baykal da həmkarının vəfatından kədərləndiyini bildirib.
Baykal uzun illərdir tanıdığı Ali Hürolu dəyərli və nəzakətli həmkarı kimi xatırlayıb.
Əziz həmkarım, çox dəyərli, nəzakətli, teatrın ustad aktyoru Ali Hürolu itirmişik. Çox kədərləndim. Məkanın cənnət olsun, əziz Ali. Ailəsinə və yaxınlarına səbir diləyirəm”, — deyə Melek Baykal paylaşımında bildirib.
Bir müddətdir ürək xəstəliyindən və müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkən Ali Hürol 76 yaşında dünyasını dəyişib.
Məlumata görə, sənətçinin cənazəsi Kuşadasında Hacı Ferit Demirel məscidində günorta namazından sonra qılınacaq cənazə namazının ardından İkinci Yeniköy qəbiristanlığında dəfn olunacaq.

