Kenan Doğulu ilə Beren Saat 2025-ci ilin yanvarında Los-Ancelesdə baş verən böyük yanğında kül olan Malibu sahilindəki villasını yenidən tikdirməmək qərarına gəliblər.
Türkiyə mediasının məlumatına görə, təxminən 2,5 milyon dollar dəyərində olan villa yanğın nəticəsində tamamilə məhv olub. Hadisə zamanı cütlüyün evi ilə yanaşı, Kenan Doğulunun təxminən 1 milyon dollar dəyərində studiyası, şəxsi səsyazmaları və müxtəlif hərraclardan topladığı 15 gitarası da yanıb.
Yanğında həmçinin Beren Saatin gəlinliyi, eləcə də təxminən 50 heykəl və rəsm əsəri məhv olub.

Sığorta prosesi başa çatdıqdan sonra cütlük evlə bağlı ödənişi alıb. Lakin onlar eyni ərazidə yeni villa tikdirmək əvəzinə başqa bölgədə ev almağa qərar veriblər.
Müge Dağıstanlının məlumatına görə, Kenan Doğulu və Beren Saat yeni ev axtarışlarını Hollivuda yönəldiblər.
Cütlüyün hazırda qiyməti 3 milyon dollardan başlayan lüks villalara baxdığı bildirilir. Uyğun evi seçdikdən sonra alqı-satqı prosesinə başlayacaqları qeyd olunur.

