67 yaşında vəfat edən türkiyəli sənətçi Alpayın dəfn yeri ailə üzvləri arasında mübahisəyə səbəb olub.
Hürriyet qəzetinin məlumatına görə, sənətçinin 34 illik həyat yoldaşı Gizem Pekiner onun vəsiyyətinə əsasən Bodrumda dəfn olunmasını istədiyini bildirib.
Lakin Alpayın rəsmi həyat yoldaşı Bilge Nazikioğlu və övladları cənazəni təhvil alaraq Ankaraya aparıblar.
Sənətçinin bu gün Ankaradakı Bilkent Ahmet Hamdi Akseki məscidində keçiriləcək vida mərasimindən sonra Cebeci Asri qəbiristanlığındakı ailə məzarlığında dəfn olunacağı bildirilib.
Qərara etiraz edən Gizem Pekiner dəfn mərasiminə qatılmayacağını açıqlayıb.
“Dəfn mərasiminə qatıla bilməyəcəyəm, çünki vəziyyətim heç yaxşı deyil. Hətta məzar yeri də hazırlanmışdı. Təəssüf ki, belə bir hörmətsizliklə qarşılaşdım”, – deyə o bildirib.
Pekiner sənətçinin övladları ilə münasibətlərində inciklik olduğunu və Alpayın ona xüsusi vəsiyyət etdiyini də iddia edib.

