Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovski ilə vida mərasiminə əklil göndəriblər.
Vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Xalq artistləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra Aleksandr Şarovski II Fəxri xiyabanda dəfn olunacaq.

