“Kızılcık Şerbeti” serialındakı rolu ilə tanınan türkiyəli aktrisa Feyza Civelek təxminən 9 milyon lirə dəyərində lüks avtomobili ilə gündəmə gəlib.
Serialın mövsüm finalında layihədən ayrılan və hələlik yeni ekran işi ilə razılaşmayan aktrisa İstanbulun Nişantaşı səmtində qırmızı rəngli avtomobili ilə görüntülənib.
Lüks avtomobillərə marağı olduğunu bildirən Civelek bahalı maşını haqqında danışıb.

“Avtomobilimə göz dəyməsin deyə onun haqqında çox danışmaq istəmirəm. Bu cür maşınları həmişə bəyənmişəm. Sürət həddini aşmıram, diqqətlə idarə edirəm. Yollarda təhlükə yaradan sürücülərdən deyiləm”, – deyə aktrisa bildirib.
Məlumata görə, Feyza Civelek qırmızı rəngli avtomobili özünə ad günü hədiyyəsi olaraq alıb.

Avtomobilin təxminən 9 milyon lirəlik qiyməti sosial şəbəkələrdə diqqət çəkib. Aktrisanın aylıq qazancı da maraq mövzusuna çevrilib.

