Yeni mövsüm hazırlıqları davam edən “Kızılcık Şerbeti” serialında daha bir diqqətçəkən ayrılıq yaşanıb.
Türkiyə mediasının yazdığına görə, narkotik testinin müsbət nəticələndiyi bildirilən Feyza Civelekin serialın beşinci mövsüm heyətində yer almayacağı iddia olunur.
Daha əvvəl eyni səbəblə Doğukan Güngörün layihədən ayrıldığı gündəmə gəlmişdi. Məlumata əsasən, həmin istintaqda adı hallanan Feyza Civelek barədə də qərar verilib.
Aktrisa serialın ilk bölümündən etibarən Nilay obrazını canlandırırdı. Onun ayrılması serialın izləyiciləri arasında təəccüb doğurub.

İddialara görə, qərar məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində test nəticələrinin açıqlanmasından sonra qəbul edilib.
Serialın prodüseri daha əvvəl bildirmişdi ki, yeni mövsüm öncəsi heyətdə və hekayədə bir sıra dəyişikliklər ola bilər.
Feyza Civelekin ayrılmasından sonra “Kızılcık Şerbeti”nin yeni mövsüm heyətinin necə formalaşacağı maraqla gözlənilir.

