Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında Nursema obrazını canlandıran Ceren Karakoç ekranlara qayıdacağına işarə edən paylaşımı ilə diqqət çəkib.
Aktrisa sosial şəbəkə hesabında qırmızı geyimdə çəkilmiş fotosunu paylaşaraq obrazının hekayəsinin hələ bitmədiyini bildirib.
“Bəzi hekayələr bitir. Bəziləri isə fikrini dəyişir”, – deyə Karakoç paylaşımında qeyd edib.
O, Nursemanın hələ danışacaqlarının olduğunu vurğulayaraq “Nursema ilə qaldığımız yerdən deyil, yenidən...” ifadəsini işlədib.

Xatırladaq ki, serialın beşinci mövsümünün ilk bölümündə Nursemanın məzar daşının göstərilməsi tamaşaçılarda obrazın hekayəsinin başa çatdığı təəssüratını yaratmışdı.
Lakin Ceren Karakoçun çəkiliş meydançasına qayıtması və son paylaşımı Nursemanın hekayəsində yeni mərhələnin başlaya biləcəyinə işarə edir.
Obrazın hansı bölümdə və necə geri dönəcəyi hələlik açıqlanmayıb.
Aktrisanın “Bu dəfə hekayənin hara aparacağını hamımız birlikdə görəcəyik” sözləri isə serialın pərəstişkarları arasında marağı daha da artırıb.

