“Kızılcık Şerbeti” serialında Sevtap obrazını canlandıran Neslihan Yeldanın yeni mövsüm öncəsi layihədən ayrıldığı açıqlanıb.
Show TV-də yayımlanan serialın aktyor heyətində dəyişikliklər davam edir. Ceren Karakoç və Feyza Civelekdən sonra Nilayın anası Sevtap obrazını canlandıran Neslihan Yeldan da serialla yollarını ayırıb.

Aktrisa ayrılıqdan sonra sosial şəbəkə hesabında Sevtap obrazına vida paylaşımı edib. O, obrazını “rəngarəng göy qurşağı” kimi xarakterizə edib və tamaşaçıların Sevtapa göstərdiyi marağın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Yeldanın vida mesajındakı “Daha yaxşı sonluğa layiq idin” və “Mən hər çətinlikdən tərtəmiz çıxdım” ifadələri sosial şəbəkələrdə diqqət çəkib. İzləyicilər bu sözləri eyhamlı vida kimi qiymətləndiriblər.

