Türkiyənin məşhur komediya filmi “Recep İvedik”in səkkizinci hissəsinin ilk tanıtım videosu yayımlanıb. “Recep İvedik 8: Veresiye” adlı yeni film “Disney+” platformasında nümayiş olunacaq.
Tanıtım videosunda Rəcəb İvedikin dostu Nurullahın çayxanasını xilas etmək üçün iş axtardığı göstərilir. O, Hulüsinin yerinə mühafizəçi kimi işləməyə başlayır və yeni macəralarla üzləşir.
Filmin iki hissədən ibarət olacağı bildirilsə də, yayımlanacağı tarix hələ açıqlanmayıb.

Tanıtım videosu sosial şəbəkələrdə müxtəlif rəylərə səbəb olub. Bəzi izləyicilər əvvəlki filmlərin, xüsusilə ilk üç hissənin daha gülməli olduğunu bildiriblər.
Onların fikrincə, Rəcəb İvedikin danışıq tərzi və yeni hadisələr əvvəlki filmlərdəki yumoru tam əks etdirmir.

