15 
sen
2023
13:36
177

Cavanşir Məmmədov: "Mustafa Kamal İbili kürəkənim deyil"

15 sen, 2023
13:36
177

Cavanşir Məmmədov: "Mustafa Kamal İbili kürəkənim deyil"

Əməkdar artist Cavanşir Məmmədov kütləvi informasiya vasitələrinə müraciət edib.
 
C.Məmmədov Den.az-a açıqlamasında deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Mustafa Kamal İbili onun kürəkəni deyil, xəbər saytları belə başlıqla xəbərlər yaymasınlar. 
 
“M.Kamal İbilini mənim qızımla “qeyri-rəsmi nikahda yaşadığı”, “imam nikahı bağladığı” şəxs kimi təqdim edirlər. Medianın diqqətinə çatdırmaq istəyirəm ki, M.Kamal İbili dələduzdur, nə iş adamı, nə də mənim kürəkənimdir. O, bir neçə şəxsi aldadıb. Qızım Xatirə Məmmədova ilə heç bir nikahı olmayıb. Mənim kürəkənim olsa, bunu niyə gizlədim? Burda nə var ki? Nikahla bağlı kağız var? Yoxdur. Səs yazısı var? Yoxdur. Yalandan şər atır, şantaj edir, elə buna görə də həbs edildi. Dəymiş ziyana gəldikdə isə, M.Kamal İbili atdığı şərə və şantaja görə mənim ailə üzvlərimdən və məndən üzr istəməlidir. Bundan sonra dəymiş ziyan haqqında söhbət etmək olar”, - Əməkdar artist bildirib. 
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar