Xəbər verdiyimiz kimi, "Təsir dairəsi" verilişində Əməkdar artist Cavanşir Məmmədov studiyada oturanlara onun tərəfini tutmaları üçün 100 manat təklif edib.
Den.az axşam.az-a istinadən bildirir ki, bunu etiraf edən qadını isə müğənni təhqir edib. O, qadına qarğış edərək, sonra onun göz makiyajını ələ salıb və "Gözün gömgöydür, utan gözünün qarasından" sözlərini söyləyib.
Sözügedən tamaşaçı ifaçını məhkəməyə verəcəyini deyib:
"Mən Cavanşir Məmmədovu məhkəməyə verirəm. Mənim ləyaqətimə şərəfinə toxunub. Tək məni yox, nəslimi təhqir edib. Buna imkan vermərəm. Kişidir, ulqumu olmalıdır. Bir şərtlə onu bağışlayaram: gəlib burda məndən və nəslimdən üzr istəsin. Sona kimi gedəcəyəm".
Aparıcı Lalə Azərtaş isə "Ehtiyac yoxdur, əsəbləşib. İndi başı onsuz məhkəmələrlə dərtdədir" sözlərini deyib.
Qeyd edək ki, özünü Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi kimi təqdim edən Türkiyə vətəndaşı Kemal Mustafa proqrama gələrək yardım istəyib. O, ifaçının və ailəsinin ona şər atdığını deyib.
Tamaşaçı Cavanşir Məmmədovu məhkəməyə verir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.