16 
sen
2023
15:10
183

Böyük MÜJDƏ: İlin sonuna kimi sülh müqaviləsi imzalana bilər - Hacıyevin fikirlərinin PƏRDƏARXASI

16 sen, 2023
15:10
183

Böyük MÜJDƏ: İlin sonuna kimi sülh müqaviləsi imzalana bilər - Hacıyevin fikirlərinin PƏRDƏARXASI

"Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir". Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin səsləndirdiyi bu fikirlər maraqla qarşılanıb və sülh müqaviləsinin reallaşacağı ilə bağlı inamı artırıb. Hacıyev qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq.

Mövzunu "Den.az"a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Hikmət Hacıyev Azərbaycanın xarici siyasətində əsas rol oynayan və məlumatlı olan şəxslərdən biridir: "Demək olar ki, bütün proseslərin həm iştirakçısıdır, həm də böyük məlumatı olan bir şəxsdir. Əgər Hikmət Hacıyev bu cür açıqlama verirsə, deməli sözügedən sahədə kifayət qədər məlumat bolluğu var. Eyni zamanda, istinad etdiyi və güvəndiyi tərəf mövcuddur. Bundan əlavə, Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Bunu Ermənistanın ərazi bütövlüyünü qoruya bilmək üçün etdiklərini dilə gətirir. Bu da tərəflər arasında bir əlaqə olduğunu göstərir. Paşinyan qeyd edir ki, ən yaxın və uyğun vaxtda Azərbaycanın sülh şərtlərinə cavab veriləcək. Bütün bunlar tərəflərin gizli diplomatik kanallar vasitəsi ilədanışıqlar apardığını deməyə əsas verir. Ona görə də, Hikmət Hacıyevin qeyd etdiyi kimi ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür".



Politoloqun sözlərinə görə, ilin sonuna qədər uzun illərə söykənən müharibə və gərginlik sona çata bilər: "Hər halda Hikmət Hacıyev boş yerə fikir söyləməz. Çünki onun danışıqları həm Azərbayacanda, həm Ermənistanda, həm də digər tərəflərdə diqqətlə izlənilir. Bu baxımdan düşünürəm ki, Hikmət Hacıyevin hansısa formada aldığı məlumatlar var və bunun əsasında onda sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağına dair ümid və yəqinlik yaranır".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar