Vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələrində müqavilə xidmətinə icazə verilib.
Den.az xəbər verir ki, müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Eyni zamanda bir neçə sənədə, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Müdafiə haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlara düzəliş edilib.
Vətəndaşlığı olmayan şəxslər və əcnəbi vətəndaşlarla hərbi xidmət keçmək üçün icazə səfərbərlik müddəti başa çatana, hərbi vəziyyətə xitam verilənə və ya müharibə bitənə qədər icazə veriləcək.