Güclü partlayış evi tamamiylə dağıdıb, 3 nəfər isə partlayış səbəbilə ağır yaralanıb.
Den.az xəbər verir ki, Abşeron rayonun Xırdalan şəhərindəki, Gənclər şəhərciyində dəhşətli partlayışın təfərrüatı məlum olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının təsirindən evə ziyan dəyib, üç nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə şahidlərinin sözlərinə görə, partlayışa qaz qısması səbəb olub. Partlayış o qədər güclü olub ki, mənzil tamamiə dağılıb. Qonşular və aidiyyatı qurumların köməkliyi ilə yaralılar , biri qadın , biri kişi və digəri azyaşlı olmaqla 3 nəfər içəridən çıxarılıb və xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Hadisə yerindən reportaj: