19 
iyn
2023
18:30
211

İran vətəndaşları üçün viza rejimi dəyişdi: Quru sərhədlər açılır?

19 iyn, 2023
18:30
211

İran vətəndaşları üçün viza rejimi dəyişdi: Quru sərhədlər açılır?

"Azərbaycan viza siyasətini müstəqil şəkildə müəyyənləşdirir”. 

Den.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında deputat Vüqar Bayramov "İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdiriıməsinin dayandırılmasının quru sərhədlərin açılmasına hazırlıq göstəricisi kimi dəyərləndirilə bilərmi” sualını şərh edərkən deyib. 
 



Deputat bildirib ki, bəzi ölkələr üçün sərhəddə və ya hava limanında viza almaq, vizaya müraciət etmək hüququ verilib: "Digər ölkələr üçün "ASAN viza" rejimindən istifadə etməklə vizaların əldə edilməsi mümkündür. Nəzərə alsaq ki, "ASAN viza" rejimi asanlaşdırılmış, elektronlaşmış viza rejimidir, həmin siyahıda olan ölkələrin vətəndaşları bu imtiyazdan istifadə edə bilərlər. Ona görə də hər bir ölkəyə, o cümlədən İrana qarşı biz viza siyasətində müstəqil şəkildə qaydaları müəyyənləşdiririk və bu, Azərbaycanın həm beynəlxaq, həm də daxili hüquq çərçivəsində öz qərarıdır".

Deputat qeyd edib ki, adıçəkilən bəyanatda quru sərhədləri ilə bağlı açıqlamanın verilməsinin sadəcə xatırlatmadır: "Azərbaycanla İran arasında quru sərhədlər bağlıdır. Ona görə də Azərbaycana gəlmək istəyən İran vətəndaşları "ASAN viza almaqla ölkəmizə səfər edə bilərlər”.

Qeyd edək ki, İranın Azərbaycandakı Səfirliyinin məlumatına görə, 23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdiriıməsini dayandırır. Məlumatda Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən "ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar