iyn
2023
18:21
191

ABŞ Sudana sanksiya tətbiq etməyə başladı - Sallivan AÇIQLADI

1 iyn, 2023
18:21
191

ABŞ Sudana sanksiya tətbiq etməyə başladı - Sallivan AÇIQLADI

"ABŞ ölkədəki zorakılıqlara görə Sudana qarşı iqtisadi və viza sanksiyaları tətbiq etməyə başlayıb".

Den.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Cek Sallivan deyib: "ABŞ Sudan xalqını, eləcə də onların demokratiyaya keçidlə bağlı qanuni tələblərini dəstəkləməkdə” davam edəcək", - deyə Sallivan bildirib.

"Bu gün biz zorakılığı qanuniləşdirənlərə qarşı iqtisadi sanksiyalar, eləcə də viza məhdudiyyətləri tətbiq edirik. Eyni zamanda Sudan üçün yenilənmiş biznes təlimatı dərc edirik. Bu tədbirlər Sudanda sülh, təhlükəsizlik və sabitliyin pozulmasına görə məsuliyyət daşıyanları intizama cəlb etmək məqsədi daşıyır. Tərəfdaşlarımızla işləyərək biz müharibə edən tərəfləri xalqın iradəsinə qarşı çıxdıqlarına görə məsuliyyətə cəlb edəcəyik”, - deyə Sallivan bildirib.

Qeyd edək ki, Aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında olan Çevik Reaksiya Qüvvələri (RRF) ilə nizami ordu arasında döyüşlər gedir. Müxalif qüvvələr mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi başladaraq döyüş əməliyyatları və obyektlərə nəzarətdə əldə olunan uğurlar barədə ziddiyyətli bəyanatlar verirlər. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, qarşıdurmalarda 702 nəfər ölüb, 5687 nəfər yaralanıb. Sudanlı həkimlər ittifaqının məlumatına görə, 866 dinc sakin toqquşmaların qurbanı olub. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirib ki, münaqişə başlayandan bəri Sudanı təxminən 319 min nəfər tərk edib.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar