“Dünən torpaqlarımızda terrorçu erməni dövləti beynəlxalq hüquq qaydalarını pozaraq sərhədçimizə atəş açması nəticəsində yaralanıb. Hamı bilir ki, bu gün Azərbaycanın Rusiya, Gürcüstan, İran və Türkiyə ilə quru sərhədləri bağlı olsa da, yeganə olaraq Ermənistanla açıqdır. Azərbaycan humanizm nümayiş etdirib, erməni vətəndaşlarımızın rahat formada Ermənistana gedişinə şərait yaradır”.
Den.az xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın bu humanist addımını dəyərləndirə bilmir və hələ də ağıllanmır.
“Ermənistan, onun havadarları, xüsusən İran regionu qarışdırmaq istəyir. Ona görə də Azərbaycan dövləti təhlükəsizlik qüvvələrimizin əməkdaşlarına qarşı atəş açan şəxs yerindəcə məhv edilməlidir. Onunla başqa cür davranılmalıdır. Biz bu məsələdə dövlətin yanındayıq. Onu da qeyd etmək istərdim ki, insan haqlarından danışan beynəlxalq təşkilatlar özünü dəcəl, ərköyün uşaq kimi aparan Ermənistanın bu hərəkətinə qiymət verməlidir. Bütün bu hadisələrə görə Ermənistan və onun havadarlarının üzərinə məsuliyyət düşür”, - deputat qeyd edib. Ölkə.Az
“Onlar dərhal məhv edilməlidir, İran region qarışdırmaq istəyir”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.