27 
may
2023
16:09
164

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Folklor Festivalı keçirilib.

27 may, 2023
16:09
164

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Folklor Festivalı keçirilib.

Den.az xəbər verir ki, Qeyri-maddi mədəni irsinin dəstəklənməsi və təbliği məqsədilə Kürdəmir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayev adına istirahət parkında Folklor Festivalı keçirildi. Mədəniyyət Mərkəzinə tabeli müəsissələrin iştirakı ilə həyata keçirilən festivalda qədim muzey əşyaları, rayonun Şilyan xalçaları və xalçaşünaslığa aid olan kitablar sərgiləndi. Kürdəmir rayonunda fəaliyyət göstərən muğam sənətinin kamil biliciləri və ifaçıları yerə sərilmiş kilim və gəbələr üzərində özüəməxsus qədimliyi əks etdirən döşək və mütəkkələr üzərində əyləşərək muğamlar və qəzəllər ifa etdilər. Bundan başqa biçmə-tikmə, toxuculuq, dekorativ-tətbiqi sənət nümunələri, milli mətbəximiz və kulinariyamız nümayiş olundu.
Folklor sərgisinin təşkilində məqsəd zəngin incəsənət nümunələrimizi bir araya toplamaq, qorumaq, sənətə, milli qürura dəyər, önəm verən insanlara nümayiş etdirmək və gələcək nəsilə çatdırmaqdır.







DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar