23 
may
2023
07:59
174

Kürdəmir Uşaq İncəsənət məktəbinin binası niyə təmir olunmur?

23 may, 2023
07:59
174

Kürdəmir Uşaq İncəsənət məktəbinin binası niyə təmir olunmur?

Kürdəmirdəki Uşaq İncəsənət Musiqi məktəbinin binası qəzalı vəziyyətdədir.DEN.AZ xəbər verir ki, məktəbin Dam örtüyü qırıq, divarları çatlaq,döşəməsi çürük,qapı pəncərəsi yararsız vəziyyətdədir.Araşdırma zamanı məlum oldu ki,bina istismar müddətini çoxdan başa vurub.Beləki,bina 1953-cü ildə Kürdəmir rayon Yol İstismar İdarəsinin yataqxanası kimi tikilərək istifadəyə verilib.1966-cı ildən isə o vaxtkı rayon rəhbərliyinin təşəbbüsü ilə tələbat yarandığından uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb.Əvvəlcə məktəbdə 3 müəllim və bir neçə şagirdlə 2 ixtisas üzrə fortepiano və tar ixtisası tədris olunub.Sonralar rayonda bu sahəyə tələbat artdıqca müəllim və şagirlərin sayı artmaqda davam edib.Hazırda məktəbdə 9 ixtisas üzrə 313 şagirdin tədrisi ilə 83 müəllim məşğul olur.Şagirlərin sayı artdığından məktəbdə sinif otağı çatışmamazlığı yaranır.Buna görə məktəb rəhbərliyi bir sinifi iki yerə bölərək sinifləri sayını artırıb.Buda dərs zamanı siniflərdə səs-küy yarandığına görə tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərir.Bundan başqa məktəbdəki musiqi alətləridə köhnəlib sıradan çıxaraq istismara yarasız vəziyyətə düşüb.Məktəb yaşayış binalarının əhatəsində olduğundan qış aylarında yağış və qurunt suları məktəbin içinə qədər dolur.Müəllim və şagirdlər illərdir ki,bu acınacaqlı vəziyyətdə dərs keşmək məcburiyyətində qalıblar.Onlar rayonda yeni müasir tələblərə cavab verən musiqi məktəbinin tikilməsini istəyirlər.Uşaq İncəsənət Musiqi məktəbinin müdiri Qəndab Zülfüqarova bildirdi ki,binanın mövcud vəziyyəti ilə bağlı dəfələrlə aidiyyatı qurumlara məlumat vermişik amma bu günə qədər heç bir əməli iş görülməyib.Hazırda bina tədris üçün yarasız haldadır.Buna baxmayaraq biz işimizi dayandırmırıq. Bundan sonra üz tutduq Kürdəmir Regional Mədəniyyət idarəsinə.İdarənin rəis müavini Vaqif Alıyev DEN.AZ-a bildirdi ki,vəziyyətlə tanışdılar və bununla bağlı aidiyyatı üzrə məlumat verilib.Bununla bağlı yaxın vaxtlarda rayonda standartlara cavab verən uşaq musiqi məktəbinin tikintisi həyata keçriləcəkdir.Ümid edək ki,qurum rəsmisinin dediyi kimi olar və məktəb kollektivinin çoxdan gözlədikləri yeni məktəb binası tikilər və müəllim və şagirdlərin illərdir çəkdiyi əzab əziyyətədə son qoyular.Mövzunu diqqətdə saxlayacağıq.
DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar