iyn
2023
12:42
206

Sumqayıtın 30-cu məhəllə sakinlərinin həyatı təhlükədə: Aidiyyatı qurum nə deyir? - FOTO

1 iyn, 2023
12:42
206

Sumqayıtın 30-cu məhəllə sakinlərinin həyatı təhlükədə: Aidiyyatı qurum nə deyir? - FOTO

Sumqayıt şəhər 30-cu məhəllənin sakinləri əməlli-başlı təşviş içərisində yaşayırlar. Buna səbəb üstü açıq olan trasformatorun düz məhəllənin ortasında yerləşməsidir.

Sakinlərin Den.az-a verdiyi məlumata görə, sözügedən trasformatorun üzəri ilə çəkilən yüksək gərginlikli elektrik xəttləri həm böyüklər, həm də azyaşlılar üçün əsl təhlükə mənbəyinə çevrilib.

Elə bu səbəbdən də sakinlər öz övladlarını küçəyə çıxmağa və həyətdə oynamağa buraxmaq istəmir. Çünki ani bir diqqətsizlik insan itkisi ilə nəticələnə bilər.

Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlara müraciət etsələr də onlara burada yüksək gərginlikli elektrik xətlərinin olub-olmaması haqda heç bir məlumat verilməyib.

Problemlə bağlı Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Ramin Məmmədov Den.az-a açıqlamasında həmin ərazidə əsaslı təmir işlərinin aparıldığını və yaxın 1-2 gün ərzində üstüaçıq xəttlərin ləğv olunacağını deyib.

Belə olan təqdirdə 30-cu məhəllə sakinlərinə səbr etmək və problemin həllini gözləmək qalır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar