11 
iyn
2023
15:50
263

Xaçmazda 10 yaşlı məktəbli kanalda boğulub

11 iyn, 2023
15:50
263

Xaçmazda 10 yaşlı məktəbli kanalda boğulub - FOTO VİDEO


İyunun 11-i günorta saatlarında Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində 10 yaşlı Pirsaatov Məhəmməd Elsevər oğlu su kanalına düşərək boğulub.
 Məhəmməd həmyaşıdı ilə kənd ərazisindən keçən Xan arxın kənarında oynayarkən suya düşüb. Hadisə barədə ailə üzvlərinə onun yanında olan uşaq məlumat verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Uşağın axtarışları davam etdirilir.
Qeyd edək ki, Məhəmməd Pirsaatov Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir.





Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar