Yevlaxda avtomobil kanala düşüb, 1 ölü 4 yaralı
Yevlaxda avtomobil kanala düşüb, 1 ölü 4 yaralı YENİLƏNİB -FOTO
Yevlaxda “Mersedes” “uçub” Qarabağ kanalının yaxınlığına düşdü 1 ölü,1 itkin, 4 yaralı var
Yevlaxda dəhşətli qəza baş verib.
Den.az xəbər verir ki, hadisə rayonun Kolanı kəndi ərazisində qeydə alınıb. İdarə etməni itirən minik avtomobili yoldan çıxaraq bir neçə metr kənara Qarabağ kanalının axdığı ərazinin yaxınlığına düşüb. Hadisə zamanı Şahlar Fərzəliyev dünyasını dəyişib. İlkin ehtimlalara görə, avtomobildə olan 21 yaşlı Vəfadar adlı şəxs zərbənin gücündən Qarabağ kanalına düşüb. Həmin şəxsin axtarışlarına FHN-nin Xilasedicələri cəlb edilib.Qəza zamanı daha 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xəstəxana aparıldığı bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
.....
Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.