28 
may
2023
17:12
263

İsmayıllıda baş verən qəzada polis əməkdaşı xəsarət alıb.

28 may, 2023
17:12
263

İsmayıllıda baş verən qəzada polis əməkdaşı xəsarət alıb.


İsmayıllı rayonunda ağır yol qəzası baş verib,xəsarət alanlar var.
DEN.AZ xəbər verir ki,İsmayıllı-İvanovka yolunda 31-BH-341 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili və 90-HE-183 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili toqquşub. Hadisə zamanı avtomobillərin sürücüləri, rayonun Rusan kənd sakini, 1976-cı təvəllüdlü Məmmədov Fəxrəddin Məhyəddin oğlu və Qalıncaq kənd sakini, İsmayıllı rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı, 1995-ci il təvəllüdlü Bəhrəmli Səddam Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar