İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.DEN.AZ xəbər verir ki, rayonun Aşıqbayramlı kənd sakini Mustafayev Teymur Əlipaşa oğlu özünə məxsus "Qaz-53" markalı yük avtomobilinə oğlu və qardaşı ilə birgə ot yığarkən maşını düz yerdə saxlamayıb. Sürücü yerdə olduğu halda avtomobil qəflətən çökək əraziyə tərəf hərəkət edib, ehtiyatsızlıq səbəbindən Teymur Mustafayevin 22 yaşlı oğlu Nicat Mustafayev yük avtomobilinin arxa təkərinin altında qalıb. Ağır bədən xəsarətləri alan Nicat Mustafayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.Xəstənin vəziyyəti ağır olduğu üçün onu müalicə üçün Bakıya şəhər 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar. Faktla bağlı araşdırma aparılır.
DEN.AZ
İsmayıllıda yük maşını 22 yaşlı oğlanın üstündən keçdi -FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.