27 
may
2023
14:03
271

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

27 may, 2023
14:03
271

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Oğuz rayonunda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb

Den.az xəbər veri ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"də olan iki sərnişin, 1961-ci il təvəllüdlü Kəmalə Cabbar qızı Qaziyeva və 1998-ci il təvəllüdlü Şəlalə Cövdət qızı Rəsullu xəsarət alıblar. Yaralılar hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım avtomobili ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar