23 
may
2023
14:35
217

Kürdəmirdə zəncirvari yol qəzası olub-FOTO

23 may, 2023
14:35
217

Kürdəmirdə zəncirvari yol qəzası olub-FOTO


[/center]

Kürdəmirdə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib,xəsarət alanlar var.DEN.AZ xəbər verir ki,hadisə Bakı-
Qazax magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki,VAZ 2106 markalı avtomaşın yol ayrıcında dönmə əməliyyatı edərkən Bakı istiqamətində hərəkətdə olan Volsvagen markalı minik maşınına çırpılıb.Bundan sonra idarəetmədən çıxan Volsvagen markalı avtomaşın isə qarşısında hərəkətdə olan və içi yüklə dolu MERCEDES markalı mikroavtobusa çırpılıb.Nəticədə Mikroavtobus yoldan çıxaraq aşıb və içərisində olan tonlarla xiyar yola dağılıb.Eyni zamanda qəza nəticəsində VAZ-da olan sürücü və sərnişin rayonun Pirli kənd sakinləri 1965-ci il təvəllüdlü Zeynalov Mübariz Abdulla oğlu və 1966-cı il təvəlüdlü Əhmədov Sənan Hökməli oğlu eyni zamanda Volsvagen markalı avtomaşında olan sərnişin Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Abdullayev Rəşad Novruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar dərhal Təcili Tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.
DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar