Çindən gətirilən avtomobillərin sərhəddən buraxılmama səbəbi məlum olub.
“Den.az” xəbər verir ki, 40-45 günə çatdırılmalı olan Çin avtomobilləri bir neçə müddətdir ki, sərhəddə ləngiyir. Hətta bu səbəbdən bəzi avtomobil gətirən şirkətlər müştərilərinə gecikməyə görə müvəqqəti avtomobillər də təklif edirlər.
Çindən Azərbaycana avtomobil gətirən şirkətin rəhbəri Kənan Heydərov deyir ki, problemin səbəbini öyrənmək üçün, nəqliyyat vasitələrinin ilişib qaldığı yerdə, Dağıstanda olublar. Məlum olub ki, avtomobillərin buraxılmamasına səbəb onların sənədlərindəki çatışmazlıqlardır.
Onun sözlərinə görə, bəzi daşıyıcı şirkətlər ucuz başa gəlməsi üçün avtomobilləri Çindən Qazaxıstana idarə edərək keçirirlər. Bu isə daşınma qaydalarına uyğun gəlmədiyindən sənədlər qaydasında olmur.
O bildirib ki, avtomobillərin yenidən yola düşməsi üçün tətbiq olunan cərimə məbləği mütləq ödənilməli və sənədlər qaydasına salınmalıdır. Bunu etmək isə müştərinin, yəni avtomobil sifariş edən şəxsin yox, daşıyıcı şirkətin məsuliyyətidir.
Ətraflı “Xəzər Xəbər”in süjetində:
Çindən avtomobil gətirənlərin nəzərinə! - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.