Pekin ABŞ prezidenti Trampın Çindən idxal edilən bəzi məhsulların idxalına əlavə gömrük rüsumları tətbiq etməsinə cavab olaraq “Google”a qarşı təhqiqata başlayıb və ticarət müharibəsini qızışdıracaq daha bir addım atıb.
Den.az xəbər verir ki, Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi (SAMR) ABŞ-ın internet nəhəngi “Google”a qarşı antiinhisar araşdırması elan edib.
ABŞ prezidenti Donald Trampın Çinə əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı fərmanı qüvvəyə mindikdən dərhal sonra SAMR “Google”un milli antiinhisar qanununu pozmaqda şübhəli bilindiyini və bu səbəbdən ABŞ şirkəti ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 1-də imzaladığı sərəncamla Çindən idxala əlavə 10 faiz gömrük rüsumu tətbiq edib. Çin Birləşmiş Ştatların haqsız hərəkətlərinə cavab olaraq məhkəməyə müraciət etməklə öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün müvafiq əks tədbirlər görməyə söz verib.
Günəş Fərəh
Den.az
Çin ticarət müharibəsini qızışdıracaq daha bir addım atdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.