Den.az xəbər verir ki, görüntülər şəhərin Tuğ-zavod qəsəbəsindəndir.
Sakinlər iddia edirlər ki, bulanıq və mənşəyi bilinməyən su bir neçə aydır mənzillərə verilir. Hətta bəzi sakinlər bu sudan içdiyi üçün xəstəxanaya müraciət edib. Hazırda 36 ailə təmiz içməli su üzünə həsrət qalıb.
Mövcud vəziyyətdən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətidə məlumatlıdır. Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş veribmiş. Qəza artıq aradan qaldırılıb, hazırda suyun durulması prosesi gedir. Qısa vaxt ərzində suyun təmizlənəcəyi və tam rejimdə ərazilərə veriləcəyi gözlənilir.