Abşeron rayon Xırdalan şəhərində diametri 1000 mm olan kanalizasiya borusunda qəza baş verib.
Yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi ərazidə təmir-bərpa işləri aparır.
Bu barədə Den.az-a Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin baş mühəndisi Ramil İbadov məlumat verib.
Müvəqqəti narahatlığa görə, Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi əhalidən üzr istəyir.


