21 
noy
2023
10:24
157

Sumqayıtda içməli suyun günlərdir küçəyə axıdıldığı iddia olunur-FOTO/ VİDEO

21 noy, 2023
10:24
157

Sumqayıtda içməli suyun günlərdir küçəyə axıdıldığı iddia olunur-FOTO/ VİDEO

İçməli su günlərdir küçə ilə axır. Hətda avtomobil yolu bu səbəbdən keçilməz olub.

Bu barədə "Den.az"-a Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Kərim Kərimov küçəsinin sakinləri məlumat verib.
 
Sakinlərin sözlərinə görə, içməli suyun küçəyə axması, bu xəttdən istifadə edən sakinləri belə susuz qoyub. Təzyiqli su axını avtomobil yolunu bərbad hala salıb.

Bildirilib ki, partlayan su xətti 400 mm-lik boru xətdiridir və mənbəyini vaxtı ilə Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən çəkdirilən şəbəkədən götürür. Ancaq içməli suyun məhz evlərə deyil, yola axması acınacaqlı haldır.
 
Mövcud məsələdən Azərsu ASC-nin Sumqayıt su kanal idarəsidə məlumatdlıdır. Adı çəkilən qurumun baş mühəndisi Mahir İmanov "Den.az"-a  bildirib ki, ərazidə çox az miqdarda su axını qeydə alınıb. Qəzanı aradan qaldırmaq üçün şənbə bazar sakinləri nəzərə almaqla, bərpanı birinci günə saxlayıblar. Hazırda problemin aradan qaldırılması üçün ciddi tədbirlər görülür.
 
Sumqayıt Su Kanal İdarəsindən oda bildirilib ki, ərazidə problem bir neçə saat ərzində tam aradan qaldırılıb və sakinlər içməli su ilə təmin edilib.

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar