Azərbaycanın ikinci böyük şəhəri olan Sumqayıt son 10 ildə inkişaf, abadlıq və yenidənqurma prosesləri ilə seçilir. Bu inkişafın mərkəzində isə Prezident İlham Əliyevin Sumqayıta göstərdiyi xüsusi diqqət və qayğı, eyni zamanda şəhər rəhbərliyinin məqsədyönlü fəaliyyəti dayanır.
DenMedia.az xəbər verir ki, 2015-cü ildən Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Zakir Fərəcov bu illər ərzində şəhərin simasının dəyişməsinə, müasir, abad və yaşıl məkana çevrilməsinə nail olub.
Son illərdə Sumqayıtda küçə və prospektlər əsaslı şəkildə yenidən qurulub, işıqlandırma sistemi müasir standartlara uyğunlaşdırılıb. Yeni yol qovşaqları, piyada səkiləri və velosiped yolları salınıb. Bu, şəhər daxilində nəqliyyatın rahat və təhlükəsiz hərəkətini təmin edib.
Sumqayıt bu gün “yaşıl şəhər” adı ilə tanınır. İcra başçısının təşəbbüsü ilə onlarla yeni park salınıb, mövcud park və istirahət guşələri əsaslı təmir olunub. Geniş yaşıllaşdırma işləri nəticəsində şəhər əhalisinin rahat istirahəti üçün yeni məkanlar yaranıb.
Şəhərdə yeni məktəblər, uşaq bağçaları və sosial obyektlər istifadəyə verilib. Təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, idman komplekslərinin açılması gənclərin inkişafına böyük imkanlar yaradıb.
Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti, yeni istehsal müəssisələrinin açılması şəhərin iqtisadi gücünü artırıb. Minlərlə yeni iş yerinin yaradılması həm şəhər sakinlərinin məşğulluğunu təmin edib, həm də Azərbaycanın sənaye potensialına töhfə verib.
Müasir tələblərə cavab verən mədəniyyət evləri, teatr və konsert zalları, idman arenaları Sumqayıtın ictimai-mədəni həyatını canlandırıb. Şəhərin memarlıq üslubunda yeni layihələr reallaşdırılıb, çoxmərtəbəli yaşayış binaları və sosial infrastruktur müasir görkəm alıb.
Prezident İlham Əliyevin “Sumqayıt Azərbaycanın ən böyük sənaye şəhərlərindən biridir və inkişafı daim diqqət mərkəzindədir” fikri bu gün öz təsdiqini tapır. Dövlət başçısının şəhərə hər səfəri yeni sosial layihələrin açılışı, yeni müəssisələrin istifadəyə verilməsi ilə müşayiət olunur.
Bu etimadı doğruldan şəhər rəhbəri Zakir Fərəcov isə gördüyü işlərlə Sumqayıtı təkcə sənaye mərkəzi deyil, həm də gözəl, yaşıl, müasir şəhərə çevirməyi bacarıb.
Son 10 ildə görülən işlər Sumqayıtı tamamilə yeni bir mərhələyə daşıyıb. Müasir infrastruktur, sosial rifah, yaşıllıqlar və abadlıq şəhərin simasını dəyişib. Bütün bu uğurlar Prezident İlham Əliyevin diqqət və qayğısının, eləcə də Zakir Fərəcovun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir. Sumqayıt bu gün həm ölkə miqyasında, həm də regionda inkişaf modeli kimi göstərilə bilər.
Xüsusilə vurğulayım ki, "Son 10 ildə Sumqayıt sürətlə inkişaf edib. Şəhərin siması dəyişib, yeni imkanlar yaranıb. Əgər bu templə davam etsə, yaxın illərdə Sumqayıt təkcə Azərbaycanın deyil, regionun ən inkişaf etmiş şəhərlərindən biri ola bilər."
Zakir Fərəcov Sumqayıtın inkişafını özünün həyat amalına çevirmiş təəssübkeş bir rəhbərdir. O, gündəlik fəaliyyəti ilə şəhərin hər bir vətəndaşının rifahını düşünən zəhmətkeş icra başçısı kimi tanınır. Sumqayıtın abadlaşması, gözəlləşməsi və yaşıllaşdırılması istiqamətində gördüyü işlər onun şəhərə olan sevgisinin göstəricisidir. Prezident İlham Əliyevin etimadını doğruldaraq Sumqayıtı müasir şəhərə çevirən əsas simalardan biri məhz Zakir Fərəcovdur. Onun rəhbərliyi ilə Sumqayıt sosial, mədəni və iqtisadi baxımdan yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Təəssübkeşliyi və zəhməti ilə seçilən icra başçısı hər bir sakinin şəhərini sevməsinə, onunla qürur duymasına səbəb olur.
Nizami Rəsulov
DenMedia.az