Sumqayıtın 75 illik yubileyi ilə bağlı şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin, eləcə də Prezident İlham Əliyev tərəfindən Tərəqi medalı ilə təltif olunan sumqayıtlıların mükafatlandırma mərasimi keçirilib.
Den.az xəbər verir ki, Sumqayıt Dram Teatrında baş tutan tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilat rəhbərləri,Sumqayıtın ictimai-siyasi həyatında fəal olan şəxslər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Ulu Öndər, müasir Azərbaycanın qurucusu Prezident İlham Əliyev ölkədə bütün sahələrin inkişafında çox böyük işlər görüb. Bunun pik nöqtəsi isə Qarabağda yazılan şanlı tarix və torpaqlarımızın işğal altından azad edilməsidir. Sumqayıt şəhərinin inkişafında da Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir. Yeni sənaye zonalarının yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılması, şəhərin abadlaşdırılması və müasir standartlar səviyyəsində yenidən qurulması bunun bariz nümunəsidir. Zakir Fərəcov əlavə edib ki, bu gün inkişafının yeni mərhələsini yaşayan Sumqayıtda sənaye parkının salınması, yeni ixracyönümlü müəssisələrin inşası, sosial layihələrin həyata keçirilməsi Prezident İlhamƏliyevin yürütdüyü iqtisadi və siyasi xəttin uğurları sırasındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi əvvəlki şöhrətini yenidən bərpa edib. Eyni zamanda ölkə başçısı Sumqayıta və sumqayıtlılara hər zaman xüsusi qayğı ilə yanaşıb. Dövlətə və dövlətçiliyə xidmət edən, şəhərin inkişafında xidməti olan insanları dəyərləndirib. İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticısidir ki, Sumqayıt Ulu Öndərin görmək istədiyi bir şəhərə çevrilib.
Çıxışdan sonra Prezidet İlham Əliyev tərəfindən Tərəqqi medalına layiq görülən şəxslərin mükafatlandırılması həyata keçirilib. Eləcə də Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Təltiflərdən sonra digər çıxış edənlər əməklərinə verilən dəyərə görə ölkə başçısına təşəkkürlərini bildiriblər. Sumqayıtın inkişafına, sakinlərin sosial rifahının yaxşılaşdırılmasına, infrastrukturun yenidən qurulmasına görə, Prezident İlham Əliyevə bütün sumqayıtlılar adından minnətdarlıqlarını ifadə ediblər.
Sumqayıtın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər mükafatlandırıldı - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.