23 
fev
2024
14:43
170

Zakir Fərəcov 30-cu məhəllədə sakinləri qəbul edib-FOTO/VİDEO

23 fev, 2024
14:43
170

Zakir Fərəcov 30-cu məhəllədə sakinləri qəbul edib-FOTO/VİDEO

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla növbəti görüşü şəhərin 30-cu məhəlləsində keçirilib.

"Den.az"
xəbər evrir ki, görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Görüşdə iştirak edən sakinlər Sumqayıtda görülən işlərdən razı olduqlarını bildirdilər, onların müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə şəhər rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaş qəbulu hər həftə davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar