Reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların yeni qrupu Bakıya gəlib.
Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsində məlumat verib.
“30 ukraynalı uşaqdan ibarət yeni qrup bu gün reabilitasiya proqramı çərçivəsində Bakıya gəlib. Onlar növbəti iki həftəni Azərbaycanda keçirəcəklər”, - deyə səfir yazıb.
Diplomatın sözlərinə görə, indiyədək bu proqramda ümumilikdə 662 ukraynalı uşaq iştirak edib.
“Azərbaycana xoş gəlmisiniz”, - deyə Seymur Mərdəliyev əlavə edib.

