Bu gün üçün nəzərdə tutulan Bakı–Naxçıvan–Bakı istiqamətində AZAL reyslərinin bir hissəsi əlverişsiz, şimşəkli hava şəraiti səbəbindən gecikir.
Aviaşirkətdən bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların yerinə yetirilməsi bərpa olunacaq.
Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı şəkildə məlumatlandırılacaqlar.

