mar
2024
18:48
143

Zakir Fərəcov növbəti səyyar görüşünü keçirib-VİDEO

7 mar, 2024
18:48
143

Zakir Fərəcov növbəti səyyar görüşünü keçirib-VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Sumqayıt şəhərində mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir.

Keçirilən qəbulların məqsədi sakinləri narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların üzləşdikləri problemləri vaxtında aradan qaldırmaqdır. 

11-ci mikrorayonda təşkil edilən görüşdə ŞİH başçısı Zakir Fərəcov , İcra Hakimiyyəti başçısının müavinləri,  xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər  və sakinlər iştirak ediblər. 

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Görüşdə iştirak edən sakinlər Sumqayıtda görülən işlərdən razı olduqlarını bildirdilər, onların müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun vətəndaş qəbulu hər həftə davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar