12 
yan
2024
15:19
228

Sumqayıtda Zakir Fərəcovun növbəti səyyar qəbul-görüşü olub-VİDEO

12 yan, 2024
15:19
228

Sumqayıtda Zakir Fərəcovun növbəti səyyar qəbul-görüşü olub-VİDEO

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti vətəndaş qəbulu şəhərin 9-cu mikrorayon ərazisində keçirilib.

"Den.az" xəbər verir ki, qəbulda Zakir Fərəcovla yanaşı şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.


Qəbulda iştirak edən sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.


Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar