Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla növbəti görüşü şəhərin 9-cu mk-da keçirilib.
Denaz.Tv xəbər verir ki, 22 nömrəli tam orta məktəbdə keçirilən vətəndaş qəbulunda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini elə yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Görüşdə iştirak edən sakinlər Sumqayıtda görülən işlərdən razı olduqlarını bildirdilər, onların müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Sumqayıtda şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaş qəbulu hər həftə davam edir.
Zakir Fərəcov bu dəfə 9-cu mikrorayonda sakinləri dinlədi-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.