"Rusiya Ermənistanla Azərbaycan arasında hərbi toqquşmanın baş verməsində maraqlıdır. Təkcə, Rusiya deyil, Fransa da Ermənistanı silahlandırmaqla danışıqların müharibə fazasına keçməsini tətikləyir. Paris bundan bəhanə edərək, Ermənistana öz silahı qüvvələrini yerləşdiyməyi planlaşdırır".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
"Qərbin danışıqlar mövqeyində ciddi dönüş olmadığına görə, Moskva Ermənistan ordusu arasında kəşfiyyat işi aparaq, Azərbaycana qarşı hərbi təxribatlar keçirə bilər. Nəticədə danışıqlar başlayır və bu danışıqlar Kremldə baş tutur. Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməməsi üçün Rusiya və Fransa aktiv şəkildə fəal işləyir. Məhz ABŞ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi L. Bono Ermənistana növbəti səfər edərək, N. Paşinyanı təxribatlara getməməyini Vaşinqtonun mesajını çatdırıb. ABŞ Azərbaycandan arxayındır və sülh gündəliyinə sadiq qaldığına əmindir. Ermənistan müstəqil siyasi iradəyə malik olmadığı üçün ABŞ yeni eskalasiyanın baş verməsindən narahatdır. ABŞ Ermənistanı sülhə sadiq qalmağa və təxribatlara getməməyi tələb edir".
Günəş Fərəh
Den.az
ABŞ Ermənistandan nə tələb edir -İLGİNC AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.