21 
apr
2024
09:26
128

Sülh müqaviləsi bu iki şəhərdən birində bağlana bilər - İLGİNC AÇIQLAMA

21 apr, 2024
09:26
128

Sülh müqaviləsi bu iki şəhərdən birində bağlana bilər - İLGİNC AÇIQLAMA

"Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik etmiş və nəticəsiz qalmış Moskva formatı fiaskoya uğradı. Bundan sonra , Brüssel və Vaşinqtonun da vasitəçiliyinə ehtiyac yoxdur". 

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

"Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla, üçüncü tərəfin iştirakı olmadan real nəticələr əldə edə bilir. Əldə olunmuş razılıq və protokolun imzalanması, ikitərəfli danışıqların müsbət dinamikasıdır.
Burada təkcə, Azərbaycan deyil, Ermənistan da uduşludur. Ermənistan danışıqlarda daima üçüncü tərəfin iştirakını təklif edirdi. Amma, Azərbaycan bundan imtina edirdi. Əgər, Yerevanın təklifi reallaşaydı, heç bir irəliləyiş olmayacaqdı. Ermənistan Baş naziri siyasi iradəsini davam etdirəcəksə, Azərbaycan tərəfinin təklifləri əsasında proseslə gedəcəksə, liderlərin iştirakı ilə sülh müqaviləsi bağlana bilər. Sülh müqaviləsinin bağlanması isə, Qazaxıstanın paytaxtı Astanada yaxud Tiflisdə bağlana bilər".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar