Atom elektrik stansiyasının (AES) tikintisi üzrə konsorsiumun baş operatoru Qazaxıstan tərəfi olacaq.
Den.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev AES-in tikintisi üzrə konsorsiumda hansı şirkətlərə üstünlük veriləcəyi barədə suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, bu məsələ Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri zamanı müzakirə olunub:
\"Söhbət xaricdə atom stansiyalarının tikintisi üzrə yüksək səriştəyə və zəngin təcrübəyə malik "Rosatom" şirkətinin mümkün iştirakından gedirdi. Həmçinin mülki təyinatlı nüvə obyektlərinin tikintisində Çinin böyük uğurlarını nəzərə alaraq, Çin şirkəti ilə də danışıqlar aparılır. Qərb şirkətləri daxil olmaqla digər xarici korporasiyaların da marağı var".
Dövlət başçısı əlavə edib ki, cari ildə müsabiqə prosedurları keçiriləcək, bundan sonra hökumət yekun qərar qəbul edəcək:
"Əminəm ki, Qazaxıstana böyük güclü atom stansiyası lazımdır. Bundan əlavə, yaxın gələcəkdə ikinci, hətta üçüncü atom elektrik stansiyasının tikintisinə başlamağımızı istisna etmirəm. Nüvə sənayesi enerji çatışmazlığı ilə üzləşən iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək. Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə energetikasına malik ölkəyə çevrilməlidir. Onun böyük gələcəyi var".
Günəş Fərəh
Den.az
AES tikintisi üzrə konsorsiumun baş operatoru Qazaxıstan tərəfi olacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.