Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və onun Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Qazaxıstan mətbuatının diqqət mərkəzində idi.
Den.az xəbər verir ki, TengriNews.kz, Kapital.kz, InformBuro.kz, Kaztag.kz, Zakon.kz nəşrlərinin dərc etdiyi materiallarda deyilirdi ki, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər ticarət-iqtisadi və mədəni-humanitar qarşılıqlı fəaliyyətin bütün spektri üzrə inkişaf edir.
Qazaxıstan Respublikası hökumətinin məlumatlarına əsasən, ötən ilin yekunlarına görə Qazaxıstan və Azərbaycan arasında mal dövriyyəsi 14,3 faiz artaraq, 529,4 milyon dollar, cari ilin yanvar-iyun aylarında isə 280,6 milyon dollar təşkil edib.
Qazaxıstan mətbuatı qeyd edib ki, hökumətlər tərəfindən neft və qaz, nəqliyyat-logistika, rəqəmsal kommunikasiyalar və kosmik sənaye sahəsində birgə layihələr həyata keçirilir.
Qazaxıstan mətbuatı Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı və çıxışı barədə məlumat təqdim edib, Azərbaycan Prezidentinə СОР29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzu edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən sitatlar gətirib.
“Kazinform” Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündəki çıxışını yayıb. Agentlik bildirib ki, dövlət başçısı dünyada artan təhdid və çağırışların ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi zərurəti yaradıb. (Azərtac)
Prezidentin Astanaya səfəri Qazaxıstan mətbuatında

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.