Vaşinqtonda “Bombardier CRJ700” sərnişin təyyarəsi ilə “Sikorsky H-60” hərbi helikopteri toqquşub.
“Den.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə Ronald Reyqan hava limanının yaxınlığında, təyyarə eniş etməyə hazırlaşarkən qeydə alınıb.
Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. “NBC”nin məlumatına görə, çaydan 4 nəfər çıxarılıb və xəstəxanaya çatdırılıb.
Təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur.
İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar var. Bununla yanaşı, insidentdən sonra aeroportun fəaliyyəti dayandırılıb.
***
“CBC” telekanalının məlumatına görə, çaydan 18 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu, 18 ölü - Video - Yenilənib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.