Xəbər verdiyimiz kimi, bu gün Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Ümumilikdə təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
“Den.az” “RBK” portalına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 1994-cü ildə fiqurlu konkisürmə üzrə dünya çempionları, Rusiya milli komandasının üzvləri Yevgeniya Şişkova və Vadim Naumov da olublar.
Onların taleyi barədə hələ məlumat yoxdur.
İdmançılar fiqurlu konkisürmə üzrə ABŞ çempionatının keçirildiyi Uiçito şəhərindən gəlirlərmiş.
Qəzaya uğrayan təyyarədə onlar da olub

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.