Moldova Xarici İşlər Nazirliyi Rusiya ilə mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında müqaviləni birtərəfli qaydada ləğv edib.
Den.az xəbər verir ki, bu barədə nazirliyin "Telegram" kanalında məlumat yayılıb.
Bildirilir ki, ölkənin Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı diplomatik missiyasının rəhbərini “Rusiya pilotsuz uçan aparatları” tərəfindən Moldova hava məkanının yeni ciddi şəkildə pozulması ilə bağlı təcili olaraq çağırıb.
“Bu çağırışlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə bağlanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişinə birtərəfli qaydada xitam vermək barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Agentlik qeyd edib ki, prosedurlar başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi Moldovadakı fəaliyyətini dayandırmalıdır.
Məlumata görə, fevralın 13-də Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerovu ölkənin cənubunda iki pilotsuz təyyarənin qəzaya uğramasından sonra çağırıb. Departament ölkənin hava məkanının pozulmasını “təhlükəsizliyə ciddi təhdid” və suverenliyin pozulması adlandırıb.
Günəş Fərəh
Den.az
Bu ölkə Rusiya ilə imzalanan sazişi ləğv etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.