30 
okt
2023
01:16
127

İsraildən Dağıstandakı iğtişaşlara REAKSİYA: "Rusiya hakimiyyətini..."

30 okt, 2023
01:16
127

İsraildən Dağıstandakı iğtişaşlara REAKSİYA: "Rusiya hakimiyyətini..." - FOTO

"İsrail hakimiyyəti Dağıstanın paytaxtı Mahaçqala şəhərindəki hava limanında baş verən hadisələri izləyir".
Den.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi və ölkənin baş naziri Binyamin Netanyahunun ofisinin birgə bəyanatında deyilir.
Ölkə hakimiyyəti ümid edir ki, Rusiya hüquq-mühafizə orqanları israilliləri və yəhudiləri harada olmalarından asılı olmayaraq müdafiə ilə təmin edəcəklər. İsrail həmçinin Rusiya hakimiyyətini yəhudilərə və israillilərə qarşı yönəlmiş qırğınçılara və vəhşi təhriklərə qarşı qətiyyətlə hərəkət etməyə çağırıb.
Daha əvvəl bildirilmişdi ki, yüzlərlə dağıstanlı Mahaçqala hava limanına Təl-Əvivdən gələn təyyarənin enməsi xəbərindən sonra içəri girib. Camaat İsraildən uçan yəhudilərin qovulmasını tələb edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar