Pakistanda hökumət rəsmisinin olduğu avtomobilə bombalı hücum təşkil edilib.
Den.az xəbər verir ki, hücum zamanı 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Məlumata görə, hadisə Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində baş verib. Hayber Paxtunxva əyalətinin rəsmilərinin Bajaur bölgəsində baş verən bombalı hücumla bağlı açıqlamasında bildirilib ki, yol kənarına qoyulmuş bomba hökumət rəsmisini daşıyan avtomobil keçərkən işə salınıb.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.